!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

5 il əvvəl prezident idi, indisə... 

!Reklam – Yazi

Almaniyanın sabiq prezidenti Kristian Vulfun yeni iş yeri cəmiyyət arasında böyük səs-küyə səbəb olub.

Yenicag.az “Deutsche Welle” nəşrinə istinadən xəbər verir ki, aprel ayının sonundan etibarən keçmiş prezident Xristian Vulf geyim firması “Yargıcı”nın Almaniyadakı filialında hüquq məsləhətçisi olaraq çalışmağa başlayıb. “Bild am Sonntag” qəzetində dərc edilən xəbərə görə, Xristian Vulf və onun həyat yoldaşı Bettina “Yargıcı” firmasının Hamburqdakı açılışında şəxsən iştirak ediblər.

İldə 236 min avro təqaüd alan Vulfun işgüzar fəaliyyəti Sosial Demokrat Partiyası və Sol Partiyasından olan siyasətçilərin etirazına səbəb olub.

SPD-nin sədr müavini Ralf Şteqner sabiq prezidentin özəl sektorda çalışmasını tənqid edib:

“Keçmiş prezidentlər prinsipcə fəxri vəzifələr həyata keçirməli, moda firmalarının hüquq məsləhətçisi olmamalıdırlar”.

Sosial-demokrat yönümlü siyasətçi bildirib ki, sabiq liderlərə sosial təminat onların işləyib pul qazanmaq məcburiyyətində qalmaması üçün verilir.

Sol Partiyanın məclis qrupunun sədri Sahra Vaqenknext sözügedən məsələyə münasibətini bu sözlərlə ifadə edib:

“Bu qəbuledilməz bir haldır və siyasətə qarşı etirazı artıra bilər. Vulf vergi mükəlləfiyyətlərindən ildə 236 min avro alır, onun şəxsi gəlirlərinin gözardı edilməsi qəbulolunmazdır.”

O həmçinin vurğulayıb ki, keçmiş prezidentlərə ayrılan maddi gəlirlərin məbləğində dəyişikliklərin edilməsi məsələsi ilə bağlı məclisə təklif veriləcək.

Yenicag.az

www.yenicag.az

954
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv