5 rayonda qaz kəsiləcək
03.06.2026-cı il tarixində saat 10:00-dan etibarən Qəbələ rayonunun Nohurqışlaq, Tüntül, Yengicə kəndləri və Vəndam qəsəbəsinin, eləcə də Daşkəsən rayonunun da qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Yenicag.az xəbər verir ki, fasilə təmir-quraşdırma işləri və payız-qış mövsümünə hazırlıqla bağlıdır.
***
Sabirabad rayonu, Şirvan şəhəri və Balakən rayonunun bəzi yaşayış məntəqələrində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Yenicag.az xəbər verir ki, bu barədə aidiyyəti qurum məlumat yayıb.
Bildirilib ki, payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar iyunun 3-də Sabirabad rayonunun bəzi küçələrinin, həmçinin Şirvan şəhərinin bir hissəsinin qaz təchizatı saat 10:00-dan işlər yekunlaşanadək dayandırılacaq.
Həmin gün saat 09:00-dan etibarən isə Balakən rayonunun Mazımqara və Poştbinə kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Qeyd olunub ki, təmir işləri başa çatdıqdan sonra qaz təchizatı bərpa ediləcək.












