53 saylı tam orta məktəbdə “Son zəng” tədbiri keçirildi - FOTO

media-hightechnic-468x90

Bu gün Azərbaycanda bütün orta məktəblərdə olduğu kimi, Yasamal rayonu 53 saylı tam orta məktəbdə də XI sinif məzunları üçün möhtəşəm “Son zəng” tədbiri keçirilib.

Bayram abu-havasında keçən tədbirdə məzunlar, müəllimlər, valideynlər və qonaqlar iştirak edib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açılıb. Daha sonra Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib

53 saylı tam orta məktəbin direktoru Tünzalə Zeynalova tədbiri açaraq məzunları təbrik etdi və onlara gələcək həyatlarında uğurlar arzuladı. Daha sonra Milli Məclisin deputatı, professor Anar İsgəndərov çıxış edərək məzunlara xoş arzularını çatdırdı.

Rəsmi hissədən sonra 11-ci sinif şagirdlərinin hazırladığı konsert proqramı qonaqlara təqdim edildi. Məzunlar öz istedadlarını nümayiş etdirərək tədbirə xüsusi rəng qatdılar. Bu “Son zəng” məzunların həyatında yeni bir mərhələnin başlanğıcı olmaqla yanaşı, illər boyu qazanılmış dostluqların və xatirələrin yaddaşlarda yaşaması üçün də bir fürsət oldu.

image-1image-2image-3image-4image-5image-6image-7image-8image-9image-10image-11image-12image-13image-14

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 15.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600