Xalq artisti, tanınmış aktyor Yasin Qarayev dünən şad gününü qeyd edib. Özünə iki dəfə doğüm günü keçirən xalq artisti ilk dəfə olaraq sirrini də açıqlayıb.
Yenicag.az-a danışan illərin sənətkarı həyatında bir dəfə də olsun üzünü görmədiyi atasını xatırlayaraq qəhərlənib:
“Əslində, iyulun 22-də dünyaya gəlmişəm. Rəhmətlik anamın dediyinə görə, atam 1946-cı il mayın 22-də Böyük Vətən Müharibəsində aldığı yaradan dünyasını dəyişib. Həmin vaxt anamın bətnində olmuşam. Mən də 1962 -ci ildə pasport alanda atamın anım gününü özümün doğum günüm kimi yazdırdım. Həmin vaxtdan indiyədək doğum günümü iki dəfə qeyd edirəm. May mənim üçün düşərli aydır, fəxri adlarımı və mükafatlarımı da məhz bur ayda almışam. Atam mənim üçün həmişə ideal olub. Bu gün onu xatırlayıb, kövrəldim”
Cəvahir Səlimqızı
Yenicag.az
www.yenicag.az