!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Əliyevdən Gülənə və Doğana “qırmızı kart”! – Araşdırma

!Reklam – Yazi

Prezident (1)Gülənin ABŞ üzərindən Azərbaycanı şantaj etməsi sadəcə ölkə mediasında deyil, Türkiyədə də ciddi rezonans doğurdu. Bu eyni zamanda Gülən-ABŞ münasibətlərinə ciddi nəzər salmağımıza səbəb oldu.

Gülənin ABŞ-a xidmət tarixçəsi…

F. Gülənin ABŞ-la qurduğu “körpülər” daim işləmişdir. F. Gülən yüksəlişindəki böyük addımları Türkiyədəki amerikanpərəst siyasi liderlərə borcludur. Vaxtilə, ABŞ-ın qurdurduğu Komunizmlə Mübarizə Dərnəyinin Ərzurum şöbəsinin qurucularından olan F. Gülən beynəlxalq miqyaslı fəaliyyətini, ABŞ-ın Türkiyədə ən güclü olduğu illərdə, yəni 1980-ci illərdə başlamışdır. Dövlət içindəki mənbələri o dərəcədə etibarlıdır ki, hər dəfə haqqında həbs qəti imkan tədbiri seçildiyi vaxt bir gün əvvəldən xəbər tutaraq qaçmış və ya gizlənmişdir.

F. Gülənin fəaliyyəti üçün tramplin rolunu 1989-cı ildə İzmir Fövqaladə Hal Qərargahı tərəfindən həbs olunduqdan sonra Turqut Özal tərəfindən həbsdən çıxarılması oynamışdır. Türkiyə dövləti daxilində gizli təşkilatlanmaya isə Bakıda Cavadov çevrilişini dəstəkləyən Tansu Çillərin baş nazir olduğu dövrdə (1993-1997) müvəffəq olub.

Heç şübhəsiz, son on ildə Gülənin ABŞ-da yaşaması və Türkiyənin mövcud iqtidarı ilə 2013-cü ildə sonlanan ittifaqına qədərki dönəm bu şəbəkənin daha da inkişafında mühüm rol oynadı.

 

Gülən-ABŞ əlaqələri ilə bağlı istintaq materillarında yazılır:  «CIA nəzdində bütün fətullahçılar “walk-in” adlandırılan casus kateqoriyasındadırlar. Yəni, özləri könüllü casusluq xidməti təklif etmişdirlər. Onların hesabına görə necə ki, Xomeyni sürgündən sonra İrana qayıdıbsa, Fətullah Gülən də bir g4222ün dəvət olunacaq və gəlib prezident kürsüsündə oturacaqdır. Amma fətullahçı güruh sadəcə ABŞ və CIA ilə kifayətlənməyiblər. Bunun paralelində Vatikan, Fənər Yunan Patrikxanası, Musəvi xaxambaşısı və.s ölkələrin gizli servisləri tərəfindən də istifadə olunur və fəaliyyət göstərdikləri ölkələrdə əldə etdikləri mühüm məlumatları bu servislərə ötürürlər. İngiltərədə Lord Rotherham tərəfindən “İngiltərəyə Müstəsna Xidmətlərə Görə” mükafatı alır, “Leaders Club”, “Editorial Office”, “Booruker” kimi QHT-lərlə sıx işbirliyi içində fəaliyyət göstərirlər. Eyni zamanda Almaniyada, bu ölkənin xarici xüsusi xidmət orqanı olan BND tərəfindən dəstəklənən “Dost Yolu Dərnəyi”, “Y.Burq A.Ş”, “Türk Alman Araşdırmaçılar Birliyi” kimi təşkilatlar da qurmuşdurlar. Fətullahçılar sadəcə CIA ilə deyil “double agent” olaraq onlara kömək edən hər bir servislə əməkdaşlıq edirlər. İngiltərədə xarici vətəndaşlarla iş aparan MI5 və xaricdə xüsusi xidmət orqanı MI6-nın uzaq şərq departamenti CIFE və orta şərq departamenti MEIC-lə də sıx əməkdaşlıq içində olduqları təsbit edilmişdir».

Paralellə mübarizə, paralelçiləri müdafiə

Türkiyənin Paralel Şəbəkə məsələsində səhvlərini öncəki yazılarda qeyd etmişdik. Bunun da bir sıra səbəbləri var. Belə ki, Gülən ilə AKP 10 ildən çox elə sıx işləyib ki, “yağla ayranı ayırmaq” imkansızdır. Məsələn, Ərdoğan Paralel ilə mübarizə üçün Gülənin şirkətlər dərnəyi olan TUSKON-a alternativ olaraq, MUSİAD yaradılır. Ancaq onun Azərbaycanda qurulması üçün fətullahçılarla danışıqlar aparılır. Sadəcə bu olsa, dərd yarı idi. Bu gün Türkiyə iqtidarı Azərbaycandan inciyir ki, Gülənə qarşı mübarizədə yetərli dəstək görmürlər.

 

4223Məsələn, “Çağ” bağlandı, yerinə “İstək” açıldı.

ABŞ-ın fətullahçılardan ibarət beyin mərkəzi olan Qafqaz Universiteti fəaliyyətini davam etdirir.

TUSİAB Gülənin şirkətlər dərnəyi olaraq, çalışmaqdadır.

SAM direktoru Fərhad Məmmədov başda olmaqla, fətullahçılar vəzifələrində qalırlar.

Doğrudur!

Ancaq Türkiyədən gəlib, təyyarədən enər-enməz TUSİAB başqanı Yavuz Keleş başda olmaqla fətullahçılarla görüşən kimdir? AKP-dən olan millət vəkilləri və nazirlər.

Ərdoğanın Paralelə qarşı mübarizəsinin kulminasiya nöqtəsində – dekabr 2014-cü ildə “Hər zaman TUSİAB-ın arxasındayıq” mesajını verən kim idi? Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfiri Alpər Coşqun. Yanlış oxumadınız! Ərdoğan ötən ilin dekabrında Gülənə qarşı 17 dekabr 2013-cü il çevrilişə cəhdinin rövanşını etdi. Fəqət həmin vaxt Türkiyənin Azərbaycandakı səfiri Gülənin xeyir-duası ilə qurulan, Ənvər Özərənlərin, Ahmet Sanıcların, Yavuz Keleşlerin, Yasin Goralların söz sahibi olduğu bu Paralel Quruluşa açıq dəstək verərək, önünü açdı. Ərdoğanın Paralelə münasibətinə görə, TUSİAB-la arasına məsafə qoyan Azərbaycan hökuməti bu addımdan sonra həmin təşkilata olan münasibətini dəyişdirdi.

Qeyd: 

Gülənin Azərbaycana ilk göndərdiyi missionerlərdən olan Faruk Arslan yazır ki, “Azərbaycana gələn ilk 36 şagird və 8 müəllimin rəhbərliyini etmiş Mehmet Ertekin yeni bir vəzifə gözləyirdi. “Araz” Universitetə Hazırlıq Kursları bir il içində normal fəaliyyətə keçmişdi. Orta Asiyaya gedən bütün ilk mühacirlər Bakıda keçərkən onları hava limanında qarşılayan, Bakını gəzdirən Mehmet Ertekin idi. Ayrıca, bütün iş adamları da onun əlindən keçirdi. Onun təşəbbüskarlığı və ictimaiyyətçiliyi Prof. Dr. Zəfər Ayvazın diqqətini çəkmişdi. Bu bacarığından faydalanmaq üçün 1994-cü ilin əvvəllərində Mehmet Ertekinə bir iş adamları dərnəyi qurma vəzifəsini verdi. Azərbaycan Türk Sənayeçi və İş adamları Beynəlxalq Cəmiyyəti – TÜSİAB 16 Noyabr 1994-ci ildə Bakıda belə yaradıldı”.

 

4224Bəs TUSİAB-ın qurulma təlimatını verən prof.dr. Zəfər Ayvaz kim idi?

Onu da Gülənin 40 illik başqa bir tələbəsi – Nurəddin Veren açıqlayır: “Fətullah Gülən Şəbəkəsinin ilk konseyi bu şəxslərdən ibarət idi:  Ali Candan, İlhan İşbilen, Halil İbrahim Uçar, Mehmet Atalay, Mehmet Kadan, Kemalettin Özdemir, Abdullah Aymaz, İsmail Büyükçelebi, Ahmet Kemerli, ZAFER AYVAZ, İsa Saraç, Nurettin Veren və Necdet Başaran. Bizim Hocaəfəndi tərəfindən qoyulan qanunlarımız, bir idarəetmə mexanizmimiz var idi. Edəcəyimiz işlər və vəzifələrimiz sıralanmıştı”. Zəfər Ayvaz həmçinin Qafqaz Universitetinin ilk rektoru olub.

Görünən dağa bələdçi lazımdırmı? Alpər Coşqunun “Hər zaman arxasındayıq” dediyi TUSİAB birbaşa Gülənin təlimatı ilə qurulmuşdur. Və Türkiyə-Azərbaycan əlaqələrində son illərə qədər kilid rol oynayan TUSİAB Camaata yaxın olmayan iş adamların Azərbaycana girməsini əngəlləmək, onlara qarşı çıxanları müxtəlif adlarla dövlətə şikayət edərək, deport etdirmə əməliyyatlarında da mühüm rol oynamışdır. Doğrudur, TUSİAB içərisində heç bir camaata bağlı olmayan, milliyyətçi, inanclı insanlar da var. Lakin üzdə görünməyən “konsey” hər zaman fətullahçılardan ibarət olub, bəziləri özlərini TUSİAB-ı idarə edirmiş kimi görünsələr də, əsas daşları oynadan hər zaman Camaat olub… Eləcə də, ehtiyat zolağı olaraq yaradılan “İpəkyolu”… Gülənin dünya imamı Rizanur Meralın iştirakı ilə qurulan “İpəkyolu” TUSİAB-la bir medalın iki üzüdür.

Yəni, Gülənə qarşı mübarizə aparılsa da, onun yerlərdəki adamları müxtəlif yollarla yenə də öz mövqelərini qorumağı bacarırdılar. Heç şübhəsiz ki, AKP içindəki kripto fətullahçıların bu məsələdə rolu danılmazdır.

Azərbaycan Ərdoğana görə, Gülənə qarşı çıxır?

Ən böyük yanlışlardan biri Gülənə qarşı Azərbaycanın Ərdoğanın istəyinə görə hərəkət etməsi dedi-qodusudur. Gülənin Bakıdakı emissarları Azərbaycanı dövlət olaraq görmədiklərini hər fürsətdə bu iddianı səsləndirərək, bildirirlər. Fəqət Wikileaks-in açıqladığı ABŞ sənədlərinə görə, Azərbaycan Gülənə qarşı münasibətini 2005-2006-cı illərdən ortaya qoyub. O zaman məktəb və şirkətlərini bağlayıb, özlərini göndərmək istəsə də, hər zamankı kimi Türkiyənin mövcud iqtidarı bunun baş verməməsi üçün Əliyevə minnətçi düşüb. Yalnış oxumadınız, bu gün bütün dünyada Gülənə qarşı mübarizə aparan Ərdoğan 2006-cı ildə onların Azərbaycanda qalmasını xahiş edirdi. Dəmirəl demişkən, dünən dünəndir, bu gün bu gün.

Bu gün iki ölkə bu xəyanət şəbəkəsinə qarşı mübarizəni davam etdirir. Və tam əminliklə demək lazımdır ki, prezident Əliyev Gülənə qarşı mübarizədə daha aktiv görünür. Türkiyənin siyasi hakimiyyət quruluşundan və gülənistlərin dövlət içərisindəki gücündən dolayı qardaş ölkədə “siçan-pişik oyunu” oynanılmaqdadır. Azərbaycanda isə şəxsən prezidentin iradəsi ilə Paralellə mübarizə aparılmaqdadır. Azərbaycan dövlətinin içərisində şantajla özlərinə tabe etdikləri məmurlara, özəl liseylərində yetişdirdikləri müridlərə və ABŞ üzərindən təzyiq mexanizminə rəğmən İlham Əliyev geri çəkilmədi.

Gülənistlər sadəcə iqtidar içində deyildi ki? Liseylərin bağlanma söhbəti ortaya çıxanda Gülənin məktəblərini ölkənin müxalifət liderləri, müxalif mediası və Elnur Aslanovun gənclərinin bərabər müdafiə etdiyini hər kəs gördü. Rəsul Quliyevin kadrı Xalik Məmmədovun arxa planda dəstəklədiyi gülənistləri ilk dəfə bir çoxları açıq şəkildə müdafiə etdilər. Sadəcə, bir ovuc gəncin dəstəklədiyi Gülənə qarşı mübarizə cənab Prezidentin iradəsi ilə həyata keçirildi.

Bu gün də ölkəmiz dörd bir tərəfdən Gülənin, erməni dönməsi Doğanın və onlar kimi ABŞ-ın, Avropanın agentura şəbəkəsinə nökərlik edənlərin təzyiqi ilə üz-üzədir. Fəqət unutduqları bir məqam var ki, təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan bu şəbəkələrə boyun əyməyib və əyməyəcək… Tam əksinə, İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan bu yöndə mübarizəsini davam etdirəcək…

Azərbaycan gözəl bilir ki, bu gün Azərbaycan əleyhinə fəaliyyətin episentrində Doğan görünsə də, əslində hər iki müttəfiq ölkəmizə qarşı birlikdə hərəkət edirlər. Doğrudur, Güləndən fərqli olaraq, Doğanın bir başqa problemi də illərdən bəri Azərbaycana girə bilməməsidir. Türkiyədə ermənilərin və kripto ermənilərin dəstəkçisi olduğundan Azərbaycana girə bilməyən Doğan öz ölkəsində olduğu kimi şantaj metodundan istifadə etməyə dəfələrlə cəhd etdi. Ancaq bu şantajlara heç vaxt boyun əyilmədi və tam əksinə ortağı ilə bərabər Doğana “qırmızı kart” göstərildi…

Son əvəzi… 

Və sonda qeyd edilməlidir ki, Gülənə qarşı mübarizə bir dövlət təhlükəsizliyi məsələsidir. Bu gün Türkiyədə seçkilərin nəticəsi nə olursa, olsun, bu mübarizədən geri çəkilməməlidir. Qafqaz Universiteti, Gülənin azərbaycanlıların adı ilə qeydiyyatdan keçirilən liseyləri milliləşdirilməlidir. Gülənin Azərbaycan mediasındakı emissarları müəyənləşdirilməli və təmizlənməlidir. Bu gün erməni lobbisi ilə eyni xətti yürüdən “Zaman”ın buradakı təmsilçiliyi də bağlanmalıdır. Onların timsahın göz yaşına bənzər təbliğatlarına qulaq verməmək lazımdır. “Todays Zaman”da Azərbaycana Doğanın “Hürriyyət”inin münasibətini sərgiləyən fətullahçıların “Zaman Azərbaycan” ilə yaltaqlanmasına baxılmamalıdır. Un11356139_971033242936259_2133577738_nudulmamalıdır ki, “Zaman Azərbaycan”ın direktoru Süleyman Ünal həm də Türkiədəki “Zaman”ın Azərbaycan təmsilçisidir. Gülənin “Dialoq Avrasiya” jurnalının təmsilçisi Mustafa Saatçının Azərbaycandakı qaranlıq fəaliyyəti araşdırılmalı, kimlərə arxalanaraq, dövlətə meydan oxuması öyrənilməlidir. TUSİAB başqanı Yavuz Keleş və digər üzvlərinin Paralel Şəbəkəyə hansı yollarla “Himmət” paraları göndərdiyi, hər ilin yanvar-fevral aylarında hansı iş adamlarını Pensilvanyaya apararaq, milyon dollarlıq hədiyyələr aldıqları açıqlanmalıdır. O iş adamlarından birini biz zamanında açıqladıq. Əgər “Aral Qrup”un başçısı Əhməd Çətindən soruşulsa, yəqin ki, Pensilvaniya səyahətinin təfərrüatlarını söyləməkdən çəkinməz. Necə də olsa, Ərdoğanı dəstəklədiyi üçün asi elan edilib.

Qısacası, orada-burada nə baş verdiyinə deyil, Gülən təhlükəsinin dövləti necə hədələdiyinə baxmaq və buna görə, qiymət vermək lazımdır…

Azərbaycanın sağlam gəncliyi bu məsələdə Prezident İlham Əliyevin yanındadır. Onun bu məsələdəki qətiyyətini dəstəkləyir. Yetər ki, məmurlar da eyni həssasiyyəti göstərsinlər…

Aqil ƏLƏSGƏR

Yenicag.az Analitik İnternet Qəzetinin baş redaktoru

Xüsusi olaraq, Qafqazinfo.az saytı üçün  

www.yenicag.az

828
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv