6,2 milyon dollarlıq “banan” muzeydən oğurlandı

media-hightechnic-468x90

Fransadakı Centre Pompidou-Metz muzeyində nümayiş etdirilən və milyonlarla dollar dəyərində qiymətləndirilən məşhur konseptual sənət əsərinin bir hissəsi oğurlanıb.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, Muzey rəhbərliyinin yaydığı məlumata görə, italiyalı rəssam Maurizio Cattelanın məşhur “Comedian” (“Komediya”) əsərinin tərkib hissəsi olan və divara yapışdırılmış banan naməlum şəxs və ya şəxslər tərəfindən götürülüb.

Hadisə şənbə günü muzey əməkdaşlarından biri tərəfindən aşkar edilib. Bundan sonra hüquq-mühafizə orqanlarına məlumat verilib və araşdırmaya start verilib.

Muzey administrasiyası bildirib ki, əsərin konsepsiyasına uyğun olaraq oğurlanan banan qısa müddətdə yenisi ilə əvəzlənib. Çünki əsərdə istifadə olunan meyvə tez xarab olduğundan mütəmadi olaraq dəyişdirilir.

Müasir incəsənət aləmində geniş müzakirələrə səbəb olan “Comedian” əsəri ilk dəfə 2019-cu ildə ABŞ-da keçirilən Art Basel Miami Beach sərgisində nümayiş etdirilmişdi. Divara yapışdırılmış adi banandan ibarət olan əsər sənətin dəyəri və mahiyyəti ilə bağlı qlobal müzakirələrə yol açmışdı.

Əsər daha əvvəl də oxşar hadisələrlə gündəmə gəlib. Sərgilərdən birində ziyarətçilərdən biri bananı yerindən götürərək yemiş, lakin sonradan əsər yenidən bərpa edilmişdi.

2024-cü ildə isə kriptovalyuta sahibkarı Justin Sun əsərin versiyalarından birini milyonlarla dollara satın aldıqdan sonra kameralar qarşısında bananı yeməsi ilə diqqət çəkmişdi.

Qeyd edək ki, Maurizio Cattelan daha əvvəl də qalmaqallı və satirik əsərləri ilə tanınıb. Onun qızıldan hazırlanmış “America” adlı əsəri 2019-cu ildə Böyük Britaniyada oğurlanmış və indiyədək tapılmayıb.

Hazırda Fransa polisi “Comedian” əsərinin bir hissəsinin oğurlanması ilə bağlı araşdırmaları davam etdirir.

Ayşən

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05