6 otelə ulduz verildi

media-hightechnic-468x90

81471Mədəniyyət və Turizm Nazirliyi ölkədəki 6 mehmanxanaya ulduz, 7 şirkətə isə lisenziya verib.

Oktyabr ayında Bakı şəhərində fəaliyyət göstərən 6 mehmanxanaya dərəcə sertifikatı verilib. “Şafran Hotel”, “Caspian Business Hotel”, “Qafqaz Park”, “Admiral”, “Egoist” mehmanxanalarına 4 ulduz, “Qız Qalası” mehmanxanasına 3 ulduz verilib. Bununla da respublika ərazisində təsnifatdan keçmiş mehmanxana və mehmanxana tipli obyektlərin sayı 75-ə çatıb.

Noyabr ayı ərzində isə “Tour De Vorld”, “ABDU-TRAVEL”, “Flay-İnn”, “Five Star Travel”, “Air Tour”, “Crystal Travel”, “Royal Travels and Services” Məhdud Məsuliyyətli Cəmiyyətlərinə turizm fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya verilib.

Bununla da respublika ərazisində xüsusi razılıq (lisenziya) əsasında fəaliyyət göstərən turizm şirkətlərinin sayı 272-yə çatıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600