!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

6 yeni baş məşqçi, qocalar və cavanlar - Klublarımızın transfer bazarlığı

!Reklam – Yazi

Azərbaycan Premyer Liqasında transfer pəncərəsinin bağlanmasına iki gün qaldı.

Yenicag.az xəbər verir ki, 9 iyun tarixindən açıq elan olunan yay transfer dönəmində heyətinə ən çox futbolçu cəlb edən klub “Sabah”dır.

Debütant heyətinə 23 futbolçu cəlb edib ki, bunlardan 17-i yerli, qalanları isə legionerdir.

Yeni mövsümdən öncə 22 futbolçu ilə yollarını ayıran bakılılar vaxtı ilə “Neftçi”də çıxış etmiş Saşa Stamenkoviç, Erik Ramos kimi təcrübəli oyunçuları heyətə cəlb etməklə yadda qaldı.

Yeni mövsümün digər maraqlı məqamlarından biri də ondan ibarətdir ki, “Qarabağ” və “Zirə”dən başqa digər 6 klubun hamısı mövsümə yeni baş məşqçi ilə başlayıb. Belə ki, yeni mövsüm öncəsi “Qəbələ” Sənan Qurbanov, “Neftçi” Roberto Bordin, “Sumqayıt” Nazim Süleymanov, “Keşlə” Mlade Milinkoviç, “Səbail” Aftandil Hacıyev, “Sabah” isə Elşad Əhmədovla anlaşıb.

Heyətinə ən səviyyəli futbolçular transfer edən klub isə son illərin dəyişməz çempionu “Qarabağ”dır.

Pedro Enrike, Ramil Şeydayev, Rahid Əmirquliyev, Ağabala Ramazanov, Əfran İsmayılov, Riçard Almeyda, İbrahim Şehiç, Elvin Yunuszadə, Arif Daşdəmirov, Anton Kanibolotski ilə sağollaşan ağdamlılar, Filip Ozobiç (“Qəbələ”), Rahil Məmmədov (“Səbail”), Abdullah Zubir (“Lans”, Fransa), Hannes Tour Haldourson (“Randers”, Danimarka), Simeon Slavçev (“Sportinq”, Portuqaliya), Vaqner da Silva (“Muskron”, Belçika), Con Delarj (“Bursaspor”, Türkiyə), İnnosent Emeqara kimi isimlərlə anlaşdı.

Maliyyəsi zəifləyən “Qəbələ” ötən ilə nisbətən yeni mövsüm öncəsi transfer bazarında aktivliyi ilə seçilmədi. Baş məşqçisi Roman Qriqorçukla vidalaşan, əvəzində onun köməkçisi Sənan Qurbanovla yola davam edən “qırmızı-qaralar” Rauf Əliyev (“Kukesi”, Albaniya), Araz Abdullayev (“Anortosis”, icarədən qayıdıb), Bəhlul Mustafazadə (“Sumqayıt”: icarədən qayıdıb), Roman Hüseynov (“Kəpəz”: icarədən qayıdıb), Sabien Lilay (“Skenderbeu”, Albaniya), Ceyms Adeniyi (“Skenderbeu”, Albaniya), Lalavele Atakora kimi futbolçularla anlaşdı ki, bu oyunçularla da klubun uğur qazanacağı elə də inandırıcı görünmür.

Hər mövsüm az qala heyətinin yarıdan çoxunu dəyişən “Neftçi” isə 8 futbolçunu göndərib, əvəzində 7-ni heyətə qatdı. Bakılıların ən yaxşı transferi isə “Qəbələ”dən transfer olunan Baqali Dabodur.

“Zirə” də hələlik 7 transferlə yadda qalıb. Bu gün Ayxan Abbasovla yollarını ayıran paytaxt təmsilçisi yeni mövsüm üçün İlkin Qırtımov (“Neftçi”), Kamal Mirzəyev (“Zirə”), Bilal Hamdi, Dilan Duventru (hər ikisi “Alki”, Kipr), Pərdis Fərcad-Azad, Miloş Radivoyeviç, Budaq Nəsirov (“Sportinq” – icarə) kimi futbolçularla hazırlaşıb. Portuqaliya təcrübəsi qazanan Budaqın da çıxışı maraqla gözlənilir desək, yanılmarıq.

Köklü dəyişiklərin baş verdiyi “Sumqayıt”ın ən gözə çarpan transferi isə Əfran İsmayılovdur. “Qarabağ”ın heyətində çempionluqlar qazanan millimizin üzvünün necə təsir bağışlayacağı da yerli azarkeşlər tərəfindən maraqla gözlənilir. Bundan başqa millimizin digər üzvü Elvin Məmmədovun da “kimyaçılar”a faydalı olacağını düşünmək olar. “Kimyaçılar” əvvəlki illərdə olduğu kimi yenə gənclərə üstünlük verir.

AFFA-dan asılı vəziyyətdə qalan “Keşlə”nin Yuri Maksimovla yollarını ayırması gözlənilməz olsa da, yeni baş məşqçi axtarışları çox uzun çəkmədi. Mlade Milinkoviçlə anlaşan paytaxt təmsilçisinin yeganə diqqət çəkən transferi Amil Yunanovla Bahodir Nəsimovdur. Əvvəllər “Neftçi”də çıxış etmiş, indi isə karyerasının qürub çağını yaşayan özbəkistanlı futbolçunun “Keşlə”yə nə dərəcədə faydalı olacağını da zaman göstərəcək.

14 futbolçu ilə yollarını ayırıb, eyni sayda da oyunçu ilə anlaşan “Səbail”in transferləri arasında “Qarabağ”dan ayrılan Rahid Əmirquliyev, Ağabala Ramazanov, “Qəbələ”yə lazım olmayan Ruslan Qurbanov kimi isimlər diqqət çəkir.

Emin Səfərov

COP29

www.yenicag.az

1034
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv