Şimali Osetiyanın Yuxarı Lars keçid məntəqəsində 600-dən çox erməni yük maşını Rusiya-Gürcüstan sərhədini keçmək üçün gözləyir.
Yenicag.az xəbər verir ki, bu barədə Şimali Osetiyanın rəsmi qurumu məlumat yayıb.
Məlumata görə, hazırda növbədə qoşqulu və yarımqoşqulu 619 erməni maşını var.
Qeyd edək ki, Gürcüstanda hava şəraitinin pisləşməsi ilə əlaqədar bazar günü gecədən etibarən Mtsxeta-Stepantsminda-Lars beynəlxalq magistral yolunun Qudauri-Kobi və Mleta-Qudauri hissəsində yol bağlanıb.
www.yenicag.az