Reklam: Sinerji
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

Ərdoğan Mediası Azərbaycandakı fətullahçıları ağır vurdu

IMG_20140905_171138
Ərdoğanın Bakı ziyarəti bitsə də, Türk mediası “Paralel Yapı” adlandırdıqları Fətullah Gülən Camaatının Azərbaycan fəaliyyətlərini diqqət mərkəzində saxlamaqdadır. Dünən Türkiyənin nüfuzlu “Sabah” qəzeti Gülən Şəbəkəsinin Azərbaycandakı fəaliyyətlərinə diqqət çəkib.

Eyni xəbər Türkiyənin A Haber telekanalının rəsmi səhifəsində və hökumətə yaxın bütün media kanallarında yer alıb.

Yenicag.az qəzetinin baş redaktoru Aqil Ələsgərin mövzu ilə bağlı araşdırmalarına və Timetürk Xəbər Portalına verdiyi müsahibəyə istinad edilən yazıda “Paralel Yapı”nın Azərbaycanda necə təşkilatlanmalarına və dövləti ələ keçirmə cəhdlərinə yer verilib.

Qeyd edək ki, “Sabah” və “A haber” Türkiyə Prezidenti Ərdoğanın yaxınlarına məxsusdur.

Görünən odur ki, Ərdoğanın Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi 3 saatlıq qapalı görüş zamanı Paralel Yapı əsas gündəm maddələrindən biri olub. Keçən dəfə olduğu kimi.

Yazıların linkləri:

http://www.ahaber.com.tr/Gundem/2014/09/04/azerbaycanda-da-paralel-yapi-cikti

http://www.sabah.com.tr/Gundem/2014/09/04/azerbaycanda-da-paralel-yapi-cikti

www.yenicag.az

312