66 yaşlı kişi hamamda yıxılaraq öldü
Sumqayıt şəhəri, Corat qəsəbəsində ölüm hadisəsi baş verib.
Yenicag.az xəbər verir ki, 1960-cı il təvəllüdlü Dadaş Abduləziz oğlu Babayevin meyiti yaşadığı evin hamam otağında aşkar edilib.
Məlumata görə, o, hamam otağında müvazinətini itirib və hadisə yerində vəfat edib.
Faktla bağlı araşdırma aparılır./Oxu.Az/













