Ərdoğan Xədicə İsmayılın “qardaş”ını məhkəməyə verdi

media-hightechnic-468x90

erdoğan“Hürriyyət” qəzetinin Vaşinqton müxbiri Tolqa Tanış məhkəməyə verilib. Türkiyə prezidenti Ərdoğan onun “Potus və Bəyəfəndi” kitabında “Türkiyə prezidentini təhqir edib, iftira atdığına” görə, cəzalandırılmasını istəyir.

media-banner_tuq

2009-2014-cü illər Obama və Ərdoğan dönəmi ABŞ-Türkiyə münasibətindən bəhs edən kitab ilə bağlı prokurorluq Tolqa Tanışa teleqram göndərib. Yaxın günlərdə jurnalist istintaqa ifadə verəcək.

Qeyd edək ki, bir müddət öncə həbsdə olan jurnalist Xədicə İsmayıla ithafən “Xədicə üçün” başlıqlı, Azərbaycan əleyinə yazı yazan Tolqa Tanış Fətullah Gülənə yaxınlığı ilə tanınır. Belə ki, “Pensilvaniya bülbülü” adlandırılan Tolqa Tanış seçki öncəsində Gülənin maraq dairəsində olan Türkiyə əleyhinə olan xəbərləri “Hürriyyət”də yayımlamışdı.

 

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05