Müsavat “Ramizgeyt”də: Arif Hacılı Əli Kərimlini niyə MÜDAFİƏ EDİR?

media-hightechnic-468x90

Müsavat başqanı Arif Hacılı AXCP sədri Əli Kərimlinin DTX tərəfindən saxlanmasını “daxili siyasi mübahisə” səviyyəsinə endirməyə çalışsa da, ittihamın mahiyyəti heç də sadə ritorikadan ibarət deyil.

Cinayət Məcəlləsinin 278.1-ci maddəsi üzrə irəli sürülən suç  hakimiyyəti zorla ələ keçirməyə cəhd ölkənin konstitusiya quruluşuna yönəlmiş ən ağır cinayətlərdən sayılır.

Əməliyyat zamanı DTX əməkdaşları Əli Kərimlinin evində yalnız şəxsi əşyalar və kitabxanaya aid materialları deyil, həmçinin Ramiz Mehdiyevin Kremlin ünvanına göndərdiyi, heç bir redaktə edilməmiş məktubun nüsxəsini aşkarlayıb. Məktubda xarici dövlətlərin siyasi proseslərə müdaxiləsini təmin etməyə dair konkret qeydlər yer alır. Eyni zamanda, “Milyarderlər İttifaqı” adı ilə tanınan gizli şəbəkəyə məxsus sənədlərdə maliyyə axınları, görüş protokolları və seçki strategiyaları göstərilib. Və bütün bunları Əli Kərimlinin niyə saxladığı barədə sual verən yoxdur.

Üstəlik, elektron cihazlarda aparılan təhqiqat zamanı seçkilərə müdaxilə məqsədilə hazırlanmış iclas protokolları və digər əlaqədar planlaşdırma materialları da tapılıb. Məhz bu dəlillər Kərimlinin sadəcə müxalifətçi deyil, xarici güclərin dəstəyi ilə dövlət quruluşunu zorla dəyişdirməyə cəhd etməkdə şübhəli olduğunu təsdiqləyir. DTX ciddi qurumdur və belə ağır ittihamları genişmiqyaslı istintaq və analitik iş aparmadan irəli sürməz.

Arif Hacılı məsələnin yalnız hakimiyyətdaxili çəkişmə və ya populist ritorika olduğunu vurğulamağa çalışsa da, ortaya çıxan sənədlər cinayətin ciddiyyətini göstərir.

Bəs niyə Arif Hacılı hazırda bu mövqeni tutub? Ramizgeyt skandalının Müsavata da sıçramasından çəkinir? AXCP ilə Müsavatın münasibətlərinin “limoni” olduğu bilindiyi halda nə üçün cəbhə ilə bir “set”ə girmək istəyir? Yoxsa Ramiz Mehdiyevin “Dövlət Şurası”nda keçmiş dövlət müşavirinə də yer verilibmiş?

Hər halda istintaq bir çox həqiqəti üzə çıxaracaq.

Camal Cavanşir

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa