!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

740 min ödəməyən müğənnilər həbs ediləcək

!Reklam – Yazi

8bbb408d1b87dab7929e9b50295ae863“Yeni il şənliklərində çıxış edən müğənnilər də vergi ödəməlidirlər”.

Bunu açıqlamasında Vergilər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Şahin Məmmədov deyib. O, şou-biznes nümayəndələrinin vergi ödəməyə cəlb olunması istiqamətində görülən işlərdən söhbət açıb:

“Son iki ay ərzində bütün şou-biznes nümayədlərinin fəaliyyətləri nəzarətə götürülüb. İki aya yaxındır ki, onlar barəsində xəbərdarlıq xarakterli çıxışlar etmişik. Onların nəzərlərinə çatdırmışıq ki, vergi öhdəliklərinə əməl etmək vacibdir. Hazırda şou-biznes sahəsində qeydiyyatdan keçmiş təxminən üç minə yaxın vergi ödəyicisi var. Onların da təxminən mindən yuxarısı barədə əlavə vergi hesablanması aparılıb. Təxminən ödəniləcək məbləğ isə 740 min manata yaxındır.

Bu rəqəm bu il üçün hesablanmış rəqəmdir. Hazırda bu istiqamətdə müəyyən təhlillər aparılır. Həmin vergi məbləğinin şou-biznes nümayəndələrindən alınması istiqamətində müəyyən işlər görüləcək. Biz müğənnilərə dəfələrlə xəbərdarlıq etmişik ki, onların şadlıq saraylarında, restoranlarda və yeni il şənliklərindəki çıxışları vergi orqanlarının nəzarəti altında olacaq. Yen il şənliyi 4 günə təsadüf edir”.

O, qeyd edib ki, ilin son rübünün bəyannamələri yanvarın 1-dən ayın son rübünə qədər yəni ayın 20-nə kimi təqdim olunmalıdır: “Biz bəyannamləri təhlil edən zaman müğənnilərin yeni il şənliklərindəki çıxışlarını da nəzərə alacağıq”.

Nazirlik rəsmisi həmçinin vergi ödəməkdən yayınan şou aləminin nümyəndələrini gözləyən cəzalardan da söhbət açıb. Onun sözlərinə görə 2 min manatdan artıq vergi borcu olan şou-biznes nümayədələri cinayət məsuliyyətinə cəlb olunacaqlar:
“Vergi öhdəliyini yerinə yetirməyən vergi ödəyicisinə ilkin olaraq xəbərdarlıq olunur. Əgər biz bəyannamadə göstərilən məbləğdən şübhələnmişiksə, bununla bağlı həmin şəxsə bildiriş göndəriləcək. Ondan xahiş edilir ki, vergi məbləğini tam ödəsin. Əgər vergi ödəyicisi bu xəbərdarlıqlara əməl etmirsə, həmin şəxs barəsində əlavə vergi hesabalması aparılacaq. Bu zaman həmin şəxsin vergi borcu yaranacaq. Vergi borcunun alınması ilə bağlı isə müxtəlif tədbirlər həyata keçirilir.

Qanunvericilikdə müəyyən prosedurlar mövcuddur. Əvvəl xəbərdarlıq edilir. Əgər əməl olunmursa, həmin vergini ödəməkdən yayınan şəxsin bank hasabındakı pulların hərəkətinə sərəncam qoyulur. Yəni bank hesabı dondurulur. Əgər bank hesabında müəyyən məbləğ varsa, ondan dövlət büddcəsinə vergi üçün tuturlar. Əgər bank hesabı yoxdursa, həmin şəxsin əmlakına, və nəqliyyat vasitəsinə diqqət yönəlir.

Bundan başqa vergi ödəməkdən yayınan şəxslərin ölkədən çıxışı məhdudlaşdırla bilər. Hazırda bu prosses məhkəmə icra orqanlarının tərəfindən həyata keçirilir. Amma yanvar ayının 1-dən sonra qanuna əsasən vergi orqanlarına səlahiyyət verilib ki, vergi orqanlarının müraciəti ilə onların xaricə çıxışına qadağa qoysun. Əgər küllü miqadarda vergidən yayınma halları varsa, ödənilməli olan məbləğ 2 min mantdan yuxarıdırsa və görülən proseduralar nəticə verməyibsə, bundan sonra həmin şəxs cinayət məsuliyyətinə cəlb oluna bilər”.

Ş. Məmmədov həmçinin xarici müğənniləri dəvət edənlərdən də vergi alınacağını sözlərinə əlavə edib:

“Xarici müğənnilər gəlib Azərbaycanda hər hansı bir restoranda müqavilə əsasında gəlib çıxış edirlər. Həmin restoran və müğənninin özü də vergi ödəyiciləridir. Restoranda qeydiyyat aparılmalıdır ki, bu müğənni bu vaxtda restoranda çıxış edib. O qeydiyyata əsasən biz bilirik ki, həmin müğənni nə zaman orada çıxış edib. Buna uğun olaraq da həmin restoran və müqavilə bağlayan şəxsdən vergi alınacaq”. (Azvision)

www.yenicag.az

645
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv