!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

75 yaşlı qadını "kedicik" olduğuna inandırdılar -  Həcc pulunu aldılar

!Reklam – Yazi

İstanbulun Kadıköy bölgəsində qeyri-adi dələduzluq hadisəsi baş verib.

Yenicag.az türk mediasına istinadən xəbər verir ki, İstanbulda tək yaşayan 75 yaşlı Səadət U. adlı qadın soyğunçuların hədəfinə çevrilib.

Kimliyi məlum olmayan şəxslər Adnan Oktarın onun adını “kedicik” kimi qeyd etdiyini və polisin hər yerdə onu axtardığını deyiblər. Qadın əvvəlcə dələduzlara inanmayıb və polisə şikayət edəcəyini bildirib. Lakin soyğunçular dostlarından birini polis kimi qələmə verərək, guya qadını xilas etmək istədiklərini söyləyiblər.

Nəticədə yaşlı qadın Məkkəyə getmək üçün yığdığı 31 min lirəni onlara verib.

Faktla bağlı cinayət işi açılıb. Araşdırmalar davam edir.

COP29

www.yenicag.az

2540
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv