!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"8-ci km bazarı"nda gərgin anlar - Köşklər söküldü - FOTOLAR

!Reklam – Yazi

Bu gün səhər saatlarından başlayaraq, 8-ci kilometr bazarının ətrafında olan taxtadan tikilmiş, kiçik ticarət obyektləri sökülməyə başlanıb. Bu işdə Nizami Rayon Polis İdarəsinin 24-cü polis bölməsinin əməkdaşları iştirak ediblər.

Söküntü zamanı xeyli adama ziyan dəyib.

Yenicag.az-a hadisə şahidlərinin verdiyi məlumata görə, obyekt sahibləri etiraz əlaməti olaraq yolu kəsmək istəyiblər.

Döyülənlər olub. Hətta qarşıdurma zamanı bir nəfərin də özündən getdiyi bildirilir. Səlahiyyətli şəxslər sözügedən əməliyyatın təhlükəsizliklə bağlı olduğunu deyirlər.

Hazırda ərazidə təmizləmə işləri aparılır. Köşkləri sökülən 500 nəfərin sabah çörəkpulunu necə qazanacaqları hələ ki, heç kimə məlum deyil.

Məhəbbət Orucov

COP29

www.yenicag.az

4275
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv