Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Biləsuvar rayonu, “Mahmudçala” ovçuluq təsərrüfatının ərazisində partlamamış hərbi sursatların tapılması barədə məlumatlar daxil olub.
Yenicag.az ANAMA-ya istinadən xəbər verir ki, məlumatlara əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Biləsuvar rayon Polis Şöbəsinin əməkdaşları həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri və Biləsuvar rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə əraziyə baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində agentliyin mütəxəssisləri tərəfindən 1 ədəd partlamamış hərbi sursat aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Partlamamış hərbi sursatın tapıldığı yerin ətrafında 9 000 kv.m əraziyə yerüstü və 600 kv.m əraziyə isə yeraltı baxış keçirilib.
8 gün ərzində ərazidə aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində agentliyin mütəxəssisləri tərəfindən 753 ədəd müxtəlif növ partlamamış hərbi sursat, 1 ədəd pnevmatik tapança aşkar olunub, 77 500 kv.m əraziyə yerüstü və 4 760 kv.m əraziyə isə yeraltı baxış keçirilib.
Ərazinin partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.
www.yenicag.az