Türkiyədə 8 yaşlı qıza qarşı təcavüzkar hərəkətlər edən şəxs saxlanılıb.
Yenicag.az xəbər verir ki, həmin şəxs qızın baş verənləri nənəsinə danışması və nənəsinin polisə şikayəti ilə həbs edilib.
Belə ki, ata və anası boşanan 8 yaşlı qız bu səbəbdən nənə-babası ilə qalıb. Həmin qız küçədə həmyaşıdları ilə birlikdə oynayarkən qonşusu qıza onunla gəlməsini təklif edib. “Mənimlə gəlsən telefonla oynayarsan” deyə qızı aldadan oğlan onu tövləyə aparıb. Burada qıza qarşı zorakı hərəkətlər etməyə başlayıb.
Bu zaman qız qışqıraraq ərazidən qaçıb. Aylardır uşağın evdən çıxmağa qorxduğunu görən nənəsi səbəbini soruşduqda qız baş verənləri danışıb. Bundan sonra nənəsi polisə şikayət edib.
Şikayət sonrasında saxlanılan şəxs baş verənləri etiraf edib. Həmin şəxs üçün 15 il həbs cəzası istənilib.
www.yenicag.az