80 yaşlı qadın yol qəzasında öldü

media-hightechnic-468x90

81888Bakıda bir nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

Yenicag.az anspress-ə istinadən bildirir ki, hadisə fevralın 15-də saat 23 radələrində, paytaxtın Nizami rayonunda Süleymanov küçəsində qeydə alınıb.

Cəlilabad rayon sakini, 1978-ci il təvəllüdlü Rəşad Məmmədovun idarə etdiyi “Mercedes” markalı və Bakı şəhər sakini, 1973-cü il təvəllüdlü Arzuman Həsənzadənin idarə etdiyi “VAZ-21099” markalı avtomobillər toqquşub.

Nəticədə “VAZ-21099” markalı avtomobilin sərnişinləri – 1935-ci il təvəllüdlü Tavat Kərimova və 1975-ci il təvəllüdlü Rübabə Mirzəliyeva xəstəxanaya yerləşdirilib. R.Mirzəliyeva ambulator yardım alaraq evə buraxılıb. T.Kərimova fevralın 16-da saat 10 radələrində xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı Nizami rayon Polis İdarəsində araşdırma aparılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600