!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

9 yaşlı Muradın həyatda qalması üçün köməyinizə ehtiyacı var

!Reklam – Yazi

Zaqataladan olan Qazıyevlər ailəsi çıxılmaz vəziyyətdə qalıb.

Bu barədə Yenicag.az-a ailənin xanımı Səfalət Qudiyeva məlumat verib.

Onun sözlərinə görə, 9 yaşlı oğlu Qazıyev Murad Vüqar oğlu qan xərçəngindən əziyyət çəkir.

Bu azmış kimi, övladlarını müalicə etdirməkdə çətinliklə üzləşən valideynlər iki aydır ki, Bakının Biləcəri qəsəbəsində qaldıqları evin kirayəsini də ödəyə bilmirlər. Buna görə də ev sahibi ailəni evdən çıxartmaq istəyir.

Oğlunun həfətlik müalicəsinə 250 manat ödəyən valideynlər imkanlı şəxslərdən imdad diləyir.

Qeyd edək ki, ailə əslən Zaqatalanın Göyəm kəndindəndir. Murada 2017-ci ilin avqustunda “xərçəng” diaqnozu qoyulduğu üçün, ailə məcburiyyətdən Bakıya köçüb.

COP29

www.yenicag.az

4133
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv