Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

90 min məhbus müvəqqəti azadlığa buraxılacaqlar

Türkiyə parlamenti 90 min məhbusun müvəqqəti azad edilməsi barədə qərar qəbul edib.

Yenicag.az xəbər verir ki, tədbir mayın 31-dək etibarlı olacaq, lakin ölkədə koronavirusa yoluxma hallarının sayı artmaqda davam edərsə uzadıla bilər.

Müvəqqəti azadlığa kiçik cinayətlərə görə məhkum edilənlərin, 65 yaşdan yuxarı şəxslərin, həmçinin altı yaşına çatmamış uşaqları olan qadınların buraxılması nəzərdə tutulur. Ağır cinayətlərdə, terror aktlarında, qadınlara qarşı zorakılıqda günahkar bilinənlərə bu qərar şamil edilməyəcək.

Aprelin 13-də, respublikanın ədliyyə naziri Əbdülhəmit Gül, beş həbsxanada məhkumlar arasında 17 yoluxma və üç ölüm hadisəsi barədə məlumat verib. Son məlumatlara görə, Türkiyədə koronavirusa yoluxanların sayı 61 mini keçib, xəstəlikdən 1 296 nəfər dünyasını dəyişib.

www.yenicag.az

297
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100