91 nömrəli müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır

media-hightechnic-468x90

91 nömrəli müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır.

Bu barədə Yenicag.az-a AYNA-dan bildirilib.

Qeyd edilir ki, paytaxtın Binəqədi rayonunun Nicat Mustafayev küçəsini Bakı Beynəlxalq Avtovağzal Kompleksi ilə əlaqələndirən 91 nömrəli avtobusun müvəqqəti istismarçısına xəttin nizamlı fəaliyyəti və sərnişindaşıma qaydalarına riayət olunması ilə bağlı dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, lazımi tədbirlər görülməyib. Ötən həftə sözügedən marşrut üzrə fəaliyyət göstərən avtobusun zədələnmiş şüşə ilə idarə olunması da sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub.

Bütün bunlar nəzərə alınaraq, AYNA tərəfindən 91 nömrəli müntəzəm avtobus marşrutu müsabiqəyə təqdim edilib.

Keyfiyyətli və təhlükəsiz sərnişindaşıma xidmətin göstərilməsi ilə bağlı AYNA bir daha daşıyıcılara çağırış edərək, səlahiyyətlərində olan avtobus parkının saz və müasir nəqliyyat vasitələri ilə təmin olunmasını tövsiyə edir.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 08.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa