“Qarabağ” - “Qalatasaray” matçının biletləri satışa çıxarılır - QİYMƏT

media-hightechnic-468x90

“Qarabağ” – “Qalatasaray” oyununun biletlərinin qiyməti və satış məntəqələrinin siyahısı bəlli olub.

Yenicag.az-ın məlumatına görə, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.

Azərbaycan çempionunun Türkiyə klubu ilə yoldaşlıq görüşünün biletləri sabah satışa çıxarılacaq. Xeyriyyə məqsədi ilə keçiriləcək qarşılaşmanın biletləri saat 11:00-dan əldə etmək mümkün olacaq.

Bunun üçün azarkeşlər 3, 5, 30, 50 və 100 manat ödəməlidir. Biletləri Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında, “Park Bulvar”da yerləşən “Qarabağ” FK-nın fan-şopunda, həmçinin “iticket.az” və onun satış məntəqələrində əldə etmək mümkün olacaq.

Qeyd edək ki, “Qarabağ” – “Qalatasaray” oyunu martın 26-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600