Qərb və Asiya arasında "ENERJİ SAVAŞI": "Marinera" əməliyyatı qlobal güc savaşıdır"

media-hightechnic-468x90

“Qərb–Asiya münasibətlərində yeni gərginliklər yarana bilər”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında türkiyəli siyasi şərhçi Fatih Fuat Tuncer deyib.

media-2417

O, yeni dünya nizamında geosiyasi balansın yenidən qurulması barədə mülahizələrini səsləndirib. Siyasi şərhçi bildirib ki, “Marinera” hadisəsi bir gəminin taleyindən çox, qlobal enerji ticarətində qaydaların və güc balansının yenidən yazıldığını göstərir:

“ABŞ-nin İslandiya ilə Böyük Britaniya arasında Rusiya bayraqlı “Marinera” (keçmiş adı “Bella 1”) tankerinə açıq dənizdə əl qoyması beynəlxalq dəniz hüququ baxımından ciddi presedent yaradır. Normal şəraitdə açıq dənizdə hərəkət edən gəmilər yalnız öz bayraq dövlətinin yurisdiksiyasına tabedir. Lakin Vaşinqton bu müdaxiləni tankerin “yanlış bayraq” və saxta qeydiyyat səbəbindən “dövlətsiz gəmi” kimi qiymətləndirilməsi ilə əsaslandırır.

Bu yanaşma sanksiya hüququnu beynəlxalq dəniz hüququnun önünə keçirir və ABŞ-nin Venesuela istiqamətində atdığı addımlarla birlikdə yeni, lakin uzunmüddətli risklər daşıyan hüquqi-siyasi çərçivənin formalaşdığını göstərir.

Əməliyyat Rusiya ilə Qərb arasındakı rəqabəti artıq praktik və fiziki toqquşma həddinə yaxınlaşdırır. Moskva belə müdaxilələri “Rusiyaya hücum” kimi dəyərləndirir və oxşar hallarda hərbi reaksiya verdiyi məlumdur. Xüsusilə Şimali Atlantik və Baltik hövzəsində NATO-nun ‘hibrid müharibə’ yanaşması çərçivəsində Rusiyanın “kölgə tanker donanması” təhlükəsizlik riski kimi təqdim olunur.

İngiltərənin əməliyyatda iştirakı və NATO daxilində artan kəşfiyyat koordinasiyası, bu məsələnin təkcə enerji deyil, həm də strateji və hərbi təhlükəsizlik məsələsi kimi görüldüyünü ortaya qoyur.

Hadisənin üçüncü mühüm təsiri qlobal enerji bazarları ilə bağlıdır. Rusiya neftinin böyük hissəsi məhz “kölgə donanma” vasitəsilə daşınır. Əsas alıcılar isə Çin və Hindistandır. Bu gəmilərə qarşı atılan addımlar həmin ölkələrin enerji təminatında riskləri artırır. Bu da Qərb–Asiya münasibətlərində yeni gərginliklər yarada bilər.

Qərb isə bu müdaxilələri sığortasız və texniki baxımdan təhlükəli tankerlərin mümkün ekoloji fəlakət yaratması arqumenti ilə legitimləşdirməyə çalışır. Bir sözlə, “Marinera” hadisəsi bir gəminin taleyindən çox, qlobal enerji ticarətində qaydaların və güc balansının yenidən yazıldığını göstərir”, – deyə o bildirib.

Nəsimi Ələsgərli

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 09.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa