Taleyin ironiyası – təsadüf, yoxsa məcburi seçim?!

media-hightechnic-468x90

İranın ali dini lideri Əli Xamneyinin rəsmi cənazə mərasiminin 4 iyul – Amerika Birləşmiş Ştatlarının Müstəqillik Günündə başlaması beynəlxalq analitik dairələrdə və mediada müxtəlif müzakirələrə səbəb olub.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, Amerikada yaşayan azərbaycanlı diaspor fəalı və siyasi şərhçi Zaur Bayramlı mövzu ilə bağlı diqqətçəkən mülahizələr irəli sürüb.

Ekspert hesab edir ki, rəsmi dəfn prosesi üçün məhz bu tarixin seçilməsi təsadüfi xarakter daşımaya bilər.

Onun sözlərinə görə, Ağ Ev rəhbəri Donald Trampın siyasi simvollara, rəmzi tarixlərə və mesajlara xüsusi önəm verdiyi məlumdur. Bu kontekstdə, mərasimin ABŞ-ın ən mühüm milli bayramı gününə təsadüf etməsi regional və qlobal miqyasda xüsusi bir siyasi alt mətnin göstəricisi kimi qəbul edilə bilər.

Zaur Bayramlı baş verənlərin sadə bir təqvimsəl təsadüf olması ehtimalını tamamilə istisna etməsə də, Tehranın bu addımı müəyyən xarici təzyiqlər, təhlükəsizlik amilləri və ya siyasi şərtlər fonunda atmağa məcbur qaldığı versiyasını diqqətə çatdırır. Siyasi şərhçi bu yanaşmanın hər hansı rəsmi sənəd və ya sübuda əsaslanmadığını, mövzu ətrafındakı geosiyasi mənzərənin şəxsi analitik qiymətləndirilməsi olduğunu vurğulayır.

Digər tərəfdən, regiondakı aktiv hərbi əməliyyatların aylarla əvvəl başa çatmasına baxmayaraq, rəsmi dəfn prosesinin yay aylarına qədər yubadılması da ekspert tərəfindən sual doğuran məqam kimi səciyyələndirilir.

Bayramlının qənaətinə görə, Xamneyinin cənazə mərasiminin məhz ABŞ-ın Müstəqillik Günündə start götürməsi, rəsmi Vaşinqtonun Tehran üzərindəki geosiyasi və psixoloji üstünlüyünün simvolik nümayişi kimi də oxuna bilər.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05