Günümüzdə insanların çoxu özü özünün “müdir”i olmaq arzusundadır. Yəni öz bizneslərini qurub, daha çox pul qazanmaq istəyirlər.
Bəs müstəqil peşə yolunu seçən hər kəs məmnundur mu? Ümumiyyətlə, biznes qurmaq qulağa nə qədər cazibədar gəlsə də, hansı mənfi cəhətləri var?
Yenicag.az dünya statistikalarını təqdim edir.
ABŞ-nin hazırladığı statistikalara görə, dünya əhalisinin 28 faizi öz işindən ayrılaraq biznes açdığı üçün peşmandır. Eyni zamanda 9 faiz əhali isə bütün büdcəsini bu yolda itirib.
Hətta BBC-yə müsahibə verən iş adamı Sem Şraym bildirib ki, həyatındakı ən yalnış qərar şirkət açmaqdır:
“Düzdür, yaxşı qazanıram. Amma geriyə baxanda görürəm ki, yanlış addım atmışam. Çünki əvvəl işlədiyim şirkətdə qalsaydım, indi yüksək vəzifəm var idi. Lakin biznes insanın illərini alır. Məsuliyyət və risklər çox böyükdür. Rəhbər sən olduqda, məcbursan ki, bütün işçilərə maaş verəsən. Gənclər həvəslidir, hansına baxırsan iş adamı olmaq istəyir. Sonra isə peşman olurlar”.
Böyük Britaniyada fəaliyyət göstərən iş xanımı Ayeşa Murreyin fikirlərinə görə isə, biznes riskdir, amma buna dəyər:
“Əvvəla real xəyallar qurun. İş qurduğunuz gün milyarder olmayacaqsınız. Əziyyət, yuxusuz gecələr və s. olacaq. Bütün bunlara hazır olmaq lazımdır”.
Məlum məsələdir ki, öz karyerasının zirvəsində olan insanlar xeyli çoxdur. Məsələn, bütün dünyanın tanıdığı Mark Zukerberq, İlon Mask, Bill Qeyts və s. bu günlərə asanlıqla gəlməyib.
Ona görə də yeni şirkət və ya biznes qurarkən reallıqlara əsaslanaraq addım atmaq lazımdır.
Şahanə Paşa
www.yenicag.az