ABŞ Çin Xalq Respublikasının İrandan neftin ixracının dayandırılmasına nail olmaq niyyətindədir.
Yenicag.az xəbər verir ki, bu barədə Birləşmiş Ştatların maliyyə naziri Stiven Mnuçin bildirib.
Onun sözlərinə görə, İran öz neftinin təxminən 70%-i Çinə ixrac edir və əldə etdiyi pulla xüsusi halda “Yaxın Şərqdə terror qruplaşmalarını maliyyələşdirir”.
Bununla belə, yanacağın satışından əldə edilən gəlirlər “çox azdır”, çünki Vaşinqton öz sanksiyaları ilə İran neftinin satışından əldə etdiyi payı 95% azaldıb.
Mnuçin iddia edir ki, hazırda ABŞ hökuməti Çin Xalq Respublikası ilə İrandan neftin ixracının tam dayandırılması ilə bağlı danışıqlar aparır.
“Onlar (Çin hakimiyyəti) bütün dövlət şirkətlərini neftin alınmasından uzaqlaşdırıblar. Və biz onların bütün neft əməliyyatlarına əmin olmaq üçün sıx əməkdaşlıq edirik”, – nazir bildirib.
Dekabrın 2-də İran bildirib ki, ABŞ-ın qüvvədə olan sanksiyalarına baxmayaraq nefti ixrac etməyə davam edir.
Yanvarın 12-də Dövlət Departamenti Vaşinqtonun İranı diplomatik və iqtisadi cəhətdən təcrid etmək niyyətini açıqlayıb./Report/
www.yenicag.az