ABŞ Çinlə münaqişəyə hazırlaşır

media-hightechnic-468x90

ABŞ Çinlə mümkün münaqişə planlaşdırır. Buna görə də Vaşinqton hərbi resursların Yaxın Şərq və Asiya-Sakit okean regionu arasında bölüşdürülməsi dilemması ilə üzləşib.

Yenicag.az xəbər verir ki, bu barədə “The New York Times” nəşrində dərc edilən məlumatda qeyd olunur.

Bildirilir ki, Prezident Donald Trampın bir sıra müşavirləri, o cümlədən müdafiə naziri Pit Heqset və onun siyasət üzrə müavini Elbridja Kolbi Asiya-Sakit okean regionunda hərbi mövcudluğun gücləndirilməsinə üstünlük verməkdə israrlıdırlar.

Onlar iddia edirlər ki, bu, hərbi və nüvə imkanlarını fəal şəkildə genişləndirən Çini cilovlamaq üçün vacibdir. Lakin ABŞ-nin hərbi strateqləri uzaqmənzilli dəqiq silahların Asiya-Sakit Okean regionundan Yaxın Şərqə göndərilməsindən narahatlıqlarını ifadə edirlər.

Silahların bu formada bölüşdürülməsi ABŞ liderinin göstərişi ilə Yəməndə həyata keçirilən əməliyyatlar zamanı sursatların intensiv istifadəsi ilə bağlıdır.

Konqresdəki anonim mənbələrə görə, ABŞ-nin Sakit okean regionunda əməliyyat hazırlığı Fələstin-İsrail münaqişəsinin kəskinləşməsindən sonra Yaxın Şərqə hərbi gəmilərin və təyyarələrin yerləşdirilməsi ilə daha da mürəkkəbləşib.

Hərbi ekspertlər qeyd edirlər ki, texnika və şəxsi heyət yüksək intensivlikdə işləyir və bu, hətta adi texnikaya texniki qulluqda da çətinliklər yaradır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600