Tokayev Səltənət Aşimovanı təltif etdi - FOTO

media-hightechnic-468x90

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev “Qazaxıstan Respublikasının dövlət mükafatları ilə təltif edilməsi haqqında” sərəncam imzalayıb.

Yenicag.az xəbər verir ki, sərəncama əsasən, milli mədəniyyətin inkişafı və təbliği sahəsində xüsusi xidmətlərinə, mədəniyyət sahəsində əldə etdiyi uğurlara görə bir qrup şəxs dövlət mükafatına layiq görülüb.

Mükafat alanlar arasında YUNESKO-nun nəzdində fəaliyyət göstərən Mədəniyyətlərin Yaxınlaşdırılması Mərkəzinin direktor müavini Səltənət Aşimova da var.

S.Aşımova uzun illər mədəniyyət təşkilatlarında zəhmət və xidmətlərinə görə yüksək mükafata – “Əməkdə fərqlənməyə görə” medalına layiq görülüb.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev mükafatlandırma mərasimində çıxış edərək mədəniyyət və incəsənət xadimlərinə mükafatları təqdim edib.

“Yeni Çağ” Media Qrupu Səltənət Aşimovanı Mədəniyyət və İncəsənət Xadimləri Günü və belə yüksək mükafata layiq görülməsi münasibəti ilə təbrik edir, ona fəaliyyətində uğurlar arzulayır!

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600