Baydenin 1 il ömrü qaldı
Prostat xərçəngi diaqnozu qoyulan ABŞ-nin keçmiş prezidenti Co Baydenin 12-18 ay ömrü ola bilər.
Yenicag.az xəbər verir ki, bunu Ağ Evin keçmiş həkimi, respublikaçı konqresmen Ronni Cekson “The Washington Free Beacon” (WFB) nəşrinə müsahibəsində deyib.
“Mənim ixtisasım deyil, amma bu məsələ çıxandan bəri bir sıra uroloqlarla danışmışam. Bu, 12-18 ay çəkə bilər”, – o bildirib.
Ağ Evin keçmiş həkimi Baydenin gözlənildiyindən daha uzun yaşayacağına ümid etdiyini də bildirib. Cekson həmçinin qeyd edib ki, xəstəliyin bir çox digər formalarından fərqli olaraq, prostat vəzi xərçəngi kimyaterapiya ilə bağlı kənar simptomlar olmadan müalicə edilə bilər./Qafqazinfo/