Ermənistan Prezidenti Rusiya ilə anlaşmazlıqlardan danışdı

media-hightechnic-468x90

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistana səfəri çərçivəsində prezident Vaaqn Xaçaturyanla görüşüb.

Yenicag.az xəbər verir ki, bu barədə Ermənistan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Görüşdə Xaçaturyan Lavrovun səfərinin iki ölkə üçün əhəmiyyətli olduğunu vurğulayıb:

“Bu il ərzində münasibətlərimizdə artıq müəyyən aktivlik müşahidə olunub və bu, davam edəcək. Əminəm ki, sizin səfəriniz keçmiş və hazırda davam edən dialoqun davamı deməkdir. Biz münasibətlərimizin müsbət cəhətlərini unutmamışıq və bu müsbət münasibətləri davam etdirməliyik”.

“Həqiqətən də, hər hansı anlaşılmazlıq olarsa, açıq və səmimi söhbət olmalıdır. Açıq və dürüst danışmaq imkanı yarananda o zaman bütün məsələlər həll oluna bilər”, – deyə Xaçaturyan bildirib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600