ABŞ-da dəhşətli təxribatın qarşısı alındı

media-hightechnic-468x90

usa_police_300415Texas polisi “Bandidos” baykerlərinin yerli hüquq-mühafizə orqanları əməkdaşlarına hücuma hazırlaşması ilə bağlı informasiya yayıb. Yenicag.az trend-ə istinadən xəbər verir ki, bu barədə CNN xəbər verib.

Ştat polisi arasında yayılmış məlumat vərəqəsi telekampaniyanın əlinə düşüb. Məlumatda deyilir ki, baykerlər hüquq-mühafizə orqanlarının yüksək vəzifəli əməkdaşlarının və onların ailə üzvlərinin avtomobillərinin altına bomba qoymağa hazırlaşır. ABŞ-ın silahlı qüvvələri ilə əlaqəli olan “Bandidos” üzvləri bandanı C4 partladıcıları və qranatlar ilə təmin edir. Baykerlərin məqsədi polis əməkdaşlarından qisas almaqdır.

Mayın 17-i Amerikanın Ueyko şəhərində (Texas ştatı) düşmən bayker dəstələr arasında şəhərin mərkəzində yerləşən “Twin Peaks” barında atışma baş verib. Atışma nəticəsində 9 nəfər ölüb, 18 nəfər yaralanıb. Hadisədən sonra məhkəmə 170 nəfər şübhəli şəxsə hökm oxuyub.

Texasın polis serjantının verdiyi məlumata əsasən, atışmada iştirak edən bəzi baykerlər polis gülləsindən həlak ola bilərdi.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600