ABŞ-da qanlı atışma: 14 ölü, 17 yaralı- VİDEO

media-hightechnic-468x90

California-Shootings_phil-ap-676x450ABŞ-ın San-Bernardino şəhərində, fiziki məhdudiyyəti olan şəxslər üçün nəzərdə tutulan müəssisədə baş verən silahlı hadisə nəticəsində 14 nəfər ölüb, 17 nəfər isə yaralanıb.

Bu barədə yerli polis idarəsinin rəisi Cerrod Burquan bildirib.

Polis rəsmisinin sözlərinə görə, hücumda şübhəli bilinən iki nəfər polislə atışma zamanı öldürülüb: “Onlar avtomat silah və tapançalarla silahlanıb, kamuflyaj geyimində olublar. Daha bir şəxs hadisə yerindən qaçmaq istəyərkən yaxalanıb. Hadisəni törədənlərdən birinin şəxsiyyəti artıq müəyyənləşdirilib. Son məlumatlara əsasən, insident nəticəsində 14 nəfər ölüb, 17 nəfər yaralanıb”.

Hadisə yerinə gələn polislər ərazini mühasirəyə alıb və insanları təxliyə ediblər. Araşdırma zamanı binanın içərisində partlayıcı qurğu aşkarlanıb. Qurğu robot tərəfindən partladılıb.

Hadisənin terror aktı olub-olmaması barədə məlumat verilmir(Azvision)

https://youtu.be/EqBXKBkc5KM

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600