ABŞ-da qeyri-adi dəmiryol vağzalı
Amerika Birləşmiş Ştatlarının “SOM” (Skidmore, Owings & Merrill) beynəlxalq arxitektura şirkəti Nyu-York şəhərinin məşhur dəmir yolu vağzalının yeni layihəsini hazırlamaq niyyətindədir.
Ambisiyalı layihə başlıca olaraq 3 ideya üzərində qurulacaq. Birinci ideyanın məqsədi əlavə piyada keçidlərinin hesabına sərnişin axınının asanlaşdırılmasına yönəlib. İkincisi isə ictimai yerlərin artırılmasıdır.
Sonuncu ideya memarlıq baxımından çox heyranedicidir. Belə ki, arxitektorlar vağzal binasının üzərində mənzərə üçün halqavarı meydança tikməyi təklif edirlər.
Meydança xüsusi qurğular vasitəsilə aşağı-yuxarı hərəkət etməklə hətta onu əhatə edən göydələnlərin səviyyəsinədək qalxa biləcək. Bununla da mənzərə platformasının köməyilə insanlar şəhərə quş uçuşundan tamaşa edə biləcəklər.