Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

ABŞ-dan Rusiyaya qarşı YENİ SANKSİYALAR

ABŞ-ın Skripal işiylə bağlı Rusiyaya tətbiq etdiyi sanksiyaların ikinci paketi bu gündən qüvvəyə minib.

Yenicag.az xəbər verir ki, bu haqda ABŞ Dövlət Departamentindən məlumat verilib.

Yeni sanksiyalar paketi İngiltərənin Solsberi şəhərində keçmiş Rusiya xüsusi-xidmət orqanlarının əməkdaşı Skripalın zəhərlənməsi ilə əlaqədar olaraq tətbiq olunur.

İngiltərə polisinin verdiyi məlumata görə, Rusiyadan qaçmış və Britaniya ərazisində siyasi sığınacaq tapmış Skripal və qızı məhz Moskvanın agentləri tərəfindən zəhərləniblər.

Qeyd edək ki, Rəsmi Vaşinqton sanksiyaları Rusiyanın kimyəvi və bioloji silahı tətbiq etməməklə bağlı zəmanəti verməməsi ilə əsaslandırıb.

Yeni sanksiyalar Rusiyanın dövlət borcu ilə əməliyyatı əhatə edir, həmçinin rəsmi Vaşinqtonun Moskvaya beynəlxalq maliyyə təşkilatlarında hər hansı borc almasına mane olacağını vəd edir.

Eyni zamanda Amerika banklarına Rusiya hökumətinə rublla kreditlər vermək qadağan edilir. Bu halda Birləşmiş Ştatlar diplomatik münasibətlərin səviyyəsini aşağı salmayıb və Rusiya aviaşirkətlərinin uçuşlarını qadağan etməyib.

Neftlə və neft məhsulları ilə ticarət də sanksiyalara salınmayıb. Bir neçə gün əvvəl ABŞ-ın Federal Reyestrinin elektron bazasında yerləşdirilən Dövlət Departamentinin müvafiq açıqlamasına görə sanksiyaların tətbiqi Ağ Ev və Dövlət Departamenti tərəfindən bu ayın əvvəlində elan olunub.

Loading...

www.yenicag.az

3409
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100