İranın İsrailə qarşı PUA və qanadlı raket hücumu bölgədə gərginliyi artırıb.
Yenicag.az xəbər verir ki, İran və İsraildən qarşılıqlı təhdid xarakterli bəyanatlar gələrkən ABŞ diqqətçəkən addım atıb.
Təhlükəsizlik mənbələrindən əldə edilən məlumata görə, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Börns Türkiyənin Milli Kəşfiyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalına zəng edib.
Börns İranın İsrailə hücumu ilə bağlı mesaj verib.
İran-İsrail müharibəsi səbəbilə MKİ direktoru İbrahim Kalına təklif edib.
MKİ direktoru Börns Kalından İranın İsrailə hücum iddiaları ilə bağlı vasitəçi olmasını istəyib.
Görüşdə Qəzzada atəşkəslə bağlı danışıqlara dair də fikir mübadiləsi aparılıb.
www.yenicag.az