!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ-də yaşayan soydaşlarımız təyyarə faciəsinin qurbanlarının XATİRƏSİNİ ANDILAR

!Reklam – Yazi

 

Vaşinqton və ətrafında yaşayan bir qrup soydaşımız Azərbaycanın və Qazaxıstanın ABŞ-dəki səfirliklərini ziyarət edərək məlum təyyarə faciəsində həyatını itirənlərin xatirəsinə ehtiramlarını bildirib, gül dəstələri qoyublar.

Yenicag.az xəbər verir ki, bu barədə ABŞ-də yaşayan politoloq Zaur Bayramlı sosial şəbəkə hesabında məlumat verib.

Onun sözlərinə görə, Azərbaycan səfirliyində keçirilən görüşdə Azərbaycan icmasının nümayəndəsi, AZAL-ın keçmiş əməkdaşı Firudin Məcidov da iştirak edib. O, vurulan təyyarənin qəhrəman ekipaj üzvləri, xüsusilə mərhum Milli Qəhrəman Hökümə Əliyeva ilə bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşüb.

Qeyd olunub ki, Qazaxıstan səfirliyində nümayəndə heyəti mehribanlıqla qarşılanıb. Z. Bayramlı baş konsul Yusip Orunbay və səfirliyin Siyasi Məsələlər üzrə katibi Alem Bolatovla görüşüb. O, Qazaxıstan dövlətinə və qazax xalqına təyyarə faciəsi zamanı göstərdikləri qardaş dəstəyinə görə təşəkkür edib, həmçinin faciə zamanı həyatını itirən Qazaxıstan vətəndaşlarının ailələrinə başsağlığı verib.

Qeyd edək ki, tədbirin təşəbbüskarı ABŞ-də yaşayan soydaşımız Tural Ağalı olub.

www.yenicag.az

112
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv