Reklam: High Technic
hightechnic

"ABŞ Dəməşqə raket zərbələri endirəcək" - Rusiyalı ekspert

Reklam: High Technic

Son günlər Suriyada vəziyyət çox gərginləşib. ABŞ Aralıq dənizində bütün hərbi güclərini hazır vəziyyətə gətirib. Digər tərəfdən BMT TŞ ölkələri razılığa gələ bilməyiblər.

Yenicag.ru-ya mövcud vəziyyəti şərh edən rusiyalı ekspert Vladimir Lepexin bildirib  ki, ABŞ Rusiyaya qarşı geniş maştablı müharibəyə başlamayacaq:

“ABŞ bu gün sonu məlum olmayan müharibəyə başlamaq gücündə deyil. Lakin bu ölkədə növbəti müharibəni alovlandırmaqda maraqlı olan qüvvələr də az deyil. Bununla belə, nəzərə almaq lazımdır ki,  Rusiyaya qarşı daim soyuq müharibə aparan ABŞ tarix boyunca Rusiya–SSRİ ilə birbaşa müharibəyə başlamayıb”.

Ekspert hesab edir ki, ABŞ Rusiyaya gəmilərinə zərbə endirmək üçün əsas verməyəcək.

“Liviyada olduğu kimi Pentaqon NATO ölkələrini zərbə altında qoyacaq. Lakin bu gün NATO ölkələrindən demək olar ki heç biri böyük müharibə istəmir. Hətta Sarkozinin taleyini yaşamaq istəməyən Makron və parlamentdə Suriya ordusu tərəfindən kimyəvi silahların tətbiq edilməsinə dair ətraflı sübutlar xahiş edən Mey belə geniş maştablı müharibədə maraqlı deyillər. Görünən odur ki, bu məsələdə təkcə İsrail qərarlıdır. Lakin bu ölkədə belə elit təbəqə Rusiyaya qarşı müharibədə ilk cərgələrdə olmağı istəmir”, – deyə Lepexin vurğulayıb.

Analitik qeyd edib ki, bu gün Trampın qərar qəbul etmək üçün vəd etdiyi 48 saatlıq müddət başa çatır:

“Maksimum ABŞ rəhbərliyi Dəməşqə raketlə zərbə endirə bilər. Rusiya Hərbi Kosmik Qüvvələri bu zərbənin qarşısını almağa çalışacaq. Bununla da, ABŞ və Rusiya arasındakı münasibətlərin hazırki gərgin mərhələsi başa çatacaq”.

www.yenicag.az

1089