!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ-dən İrana TƏHDİD: “Nüvə obyektlərini bombalamaq və...”

!Reklam – Yazi

“Nüvə obyektlərini bombalamaq və ABŞ-nin İsraillə birlikdə hərbi əməliyyatlar keçirməsi planları getdikcə genişlənir.

 

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq İlyas Hüseynov bildirib.

Politoloq ABŞ-İran münasibətlərinin hazırkı durumunu şərh edib:

“ABŞ-nin yeni administrasiyası görünür ki, İrana qarşı çox sərt mövqedən çıxış edir və müxtəlif planlar, ssenarilər nəzərdən keçirməkdədir. Trampın ilk prezidentliyi dövründə də nüvə razılaşmasından ABŞ birtərəfli qaydada çıxmışdı. Hazırkı dövrdəki də nüvə obyektlərini bombalamaq və ABŞ-nin İsraillə birlikdə İrana qarşı hərbi əməliyyatlar keçirməsi planları getdikcə genişlənir və bu dilə gətirilir. Çünki İranla sövdələşmə, razılaşma və İranı müəyyən mənada cilovlamaq, onları masa arxasına gətirmək çox böyük potensial və resurs tələb edir”.

“Digər tərəfdən, belə görünür ki, ABŞ daha çox radikal yolla getməyi üstün hesab edir. Hətta bu fikirdən sonra qarşıdakı dövrdə İrana qarşı daha sərt addımların atılması nəzərdən keçirilə bilər. Rusiya-Ukrayna müharibəsinin də dayandırılmasına cəhd qarşıdakı dövrdə Çin və İran təhdidlərinin neytrallaşdırılması ola bilər. Bu barədə müxtəlif ekspertlər mühazirələr irəli sürürlər, amma İrana qarşı ABŞ tərəfindən hərbi əməliyyatların keçirilməsi bizim regiona da təsirsiz ötüşməyəcək”, – deyə o, əlavə edib.

Politoloq bu mövzuda Azərbaycanın mövqeyini diqqətə çatdırıb:

“Azərbaycanın bu xüsusda mövqeyi hər kəsə bəllidir. Azərbaycan öz hava məkanından da, quru sərhədlərindən də nəinki İran, başqa dövlətə qarşı da istifadə edilməyəcəyini bildirmişdir. Mənə elə gəlir ki, bu da Tehran tərəfindən yüksək qiymətləndirilməlidir. Eyni zamanda, cənubi azərbaycanlılar faktoru və onların bu müharibədən ziyan görməsi və digər ssenariləri də biz diqqətə almalıyıq”.

Yenicag.az

www.yenicag.az

109
!Crossmedia
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv