ABŞ əfv sərəncamını müsbət qiymətləndirdi

media-hightechnic-468x90

444abd34587ca06f2c651ce6b85c2732ABŞ Azərbaycan prezidenti İlham Əliyevin dekabrın 29-da əfv sərəncamı imzalamasını düzgün istiqamətdə atılmış addım hesab edir.

media-banner_tuq

Bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Ceff Ratke bildirib.

“Biz Azərbaycan hakimiyyətini insan haqları və əsas azadlıqların təmin olunmasına dair üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə, digər məhbuslara münasibətdə də bu addımın atılmasına çağırırıq”, – deyə C. Ratke qeyd edib.

O, “Azadlıq radiosu”nun Bakı bürosunun ofisinin bağlanmasından narahatlıq keçirdiklərini də diqqətə çatdırıb.

Qeyd edək ki, Azərbaycan prezidentinin imzaladığı sonuncu əfv sərəncamı 87 nəfərə şamil olunub. Əfv olunanlar arasında “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı, “P.S Nota” qəzetinin baş redaktoru Sərdar Əlibəyli, vəkil Qurban Məmmədov, “NİDA” Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvləri Zaur Qurbanlı və Üzeyir Məmmədli də var(apa).

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05