ABŞ hökuməti qiyamət ssenarilərinə qarşı yeraltı bunkerlər İNŞA ETDİ

media-hightechnic-468x90

ABŞ hökumətinin yerin altında gizli sığınacaqlar inşa edərək mümkün qiyamət ssenarilərinə hazırlaşdığı iddia olunur.

Yenicag.az xəbər verir ki, bu barədə ABŞ-nin keçmiş dövlət katibinin müavini Ketrin Ostin Fitts açıqlama verib.

Fittsin sözlərinə görə, ABŞ 17 il ərzində – 1998-dən 2015-ci ilə qədər ümumilikdə 21 trilyon dollar vəsait sərf edərək 170-dən çox yeraltı bunker, hərbi baza və yaşayış məntəqəsi inşa edib. Bu obyektlərin məqsədi nüvə müharibəsi və ya qlobal təbii fəlakətlər zamanı yüksək vəzifəli şəxslərin və seçilmiş şəxslərin həyatını qorumaqdır.

Məlumata görə, bu gizli layihələr dövlətin maliyyə sənədlərində əks olunmayıb və tam şəkildə ictimaiyyətdən gizlədilib. ABŞ-Də fəaliyyət göstərən bir sıra müstəqil mənbələr iddia edir ki, hətta okean altında da bu tip obyektlər tikilib.

Bildirilir ki, adıçəkilən strukturlar ölkənin aparıcı alimlərini, siyasətçilərini, mədəniyyət nümayəndələrini və sərvətli şəxsləri mümkün təhlükələrdən qorumaq üçün nəzərdə tutulub. Bunkerlərin dəqiq yerləri, texniki strukturları və onlara kimin daxil ola biləcəyi barədə məlumatlar isə tam məxfi saxlanılır.

Göycə Göycəyev

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 07.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600