“Türkiyənin Rusiya Federasiyası ilə bağlanmış “S-400″ müqaviləsinin ləğvi tələbləri də daxil olmaqla, ABŞ-ın bütün ultimatumları yolverilməzdir”
Yenicag.az xəbər verir ki, bu bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
O bildirib: “Ümumilikdə çox mənfi yanaşırıq. Biz bu cür ultimatumları yolverilməz hesab edirik. “S-400” üzrə müqavilə ilə bağlı məsələ bitib”
Qeyd edək ki, ABŞ Türkiyəyə Rusiya “S-400” zenit-raket komplekslərindən imtina etməsi üçün 2 həftə vaxt verib.