!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ-ın Yaxın Şərqdəki yeni planı - "Washington Post" yazır  

!Reklam – Yazi

Amerikanın nüfuzlu qəzeti “Washington Post”da ABŞ-ın Yaxın Şərq planlarına dair araşdırma yazısı yayımlanıb.

Yenicag.az xəbər verir ki, “ABŞ İŞİD-dən sonra Suriyada qalmağın yollarını axtarır” başlıqlı yazıda PKK-nın Suriya qolu YPG-yə verilən dəstək barədə ətraflı məlumat yayılıb. ABŞ İŞİD-in məğlubiyyətə uğradıldığı Yaxın Şərqdə daha uzun müddət qalmaq üçün bəhanələr yaradır. Pentaqonun silah dəstəyi verdiyi YPG bu məqsədə çatmaq üçün hələlik ən yaxşı vasitədir.

Vətəndaş müharibəsinin 7-ci ilində Suriyada demək olar ki, terror təşkilatı İŞİD-in kökü kəsilib. Digər bir terror təşkilatı YPG isə ABŞ-ın köməyilə geniş bir ərazini nəzarəti altına alıb.

ABŞ bölgəyə töhfələrini verən Rusiya-Türkiyə-İran əməkdaşlığının qarşısına yeni bir güc çıxartmağa çalışır.

Bununla belə, xüsusilə, Türkiyə regionda marionet güc mərkəzlərinin yaradılmasına icazə verməyəcək. Sərhəd təhlükəsizliyi məsələsində daim sayıqlığını qoruyan ölkə ABŞ-ın bu planını boşa çıxartmaq gücünə malikdir.

www.yenicag.az

2927
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv