ABŞ-da “B61-12” başlıqlı nüvə bombasının və “W88 ALT 370” başlığının seriyalarında texniki qüsurlar aşkarlanıb.
Yenicag.az xəbər verir ki, bu barədə məlumatı “Defence News” yayıb.
Hər iki silahın 2020-ci ildə seriya istehsalı planlaşdırılırdı. Amma gözləntilərin əksinə olaraq, sınaqlar bu silahların istehsalında istifadə edilən detalların standartlara uyğun gəlmədiyini aşkara çıxarıb.
Belə ki, “B61-12”nin istehsalı 6 ay, modernləşdirilmiş “W88 ALT 370”in istehsalı isə daha az müddətə təxirə salınıb.
Milli Nüvə Təhlükəsizliyi Administrasiyasının (NNSA) vitse-prezidenti Çarlz Verdon bu silahların modernləşdirilməsinin 7,6 milyard dollara başa gələcəyini qeyd edib.
Firuzə Alimova
www.yenicag.az