ABŞ koronavirus vaksininin istehsalına başladı

media-hightechnic-468x90

ABŞ-ın dərman istehsalçıları yayın sonuna kimi yeni koronavirus vaksinin buraxılışına başlamağı nəzərdə tuturlar.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp administrasiyasındakı mənbəyə istinadən CNBC telekanalı bildirib.

Telekanalın məlumatına görə, ABŞ-ın 2021-ci ilin başlanğıcında preparatın 300 milyon dozasını istehsal edəcəyi gözlənilir.

“Bəs nə vaxt vaksin materialları istehsal etməyə başlayacaqlar? Ehtimal ki, 4-6 həftə ərzində”, – mənbə telekanala deyib.

Bununla yanaşı o qeyd edib ki, vaksinlərin istehsalı prosesi artıq başlayıb. Lakin mümkün vaksinlərdən məhz hansının effektiv olacağı və ümumiyyətlə həmin dövrdə təsirli vasitə yaratmağın mümkün olub-olmayacağı hələ məlum deyil.

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05