ABŞ-da kütləvi həbslər davam edir

media-hightechnic-468x90

usa_police_300415ABŞ polisi Baltimor şəhərində baş verən qarşıdurmalarla əlaqədar olaraq 38 nəfəri saxlayıb.

Yenicag.az azvision-a  istinadən xəbər verir ki, bu barədə polis rəsmisi Cerron Cekson jurnalistlərə açıqlamasında bildirib.

Polis rəsmisi eyni zamanda 15 nəfərin isə komendant saatını pozduqlarına saxlanıldığını da açıqlayıb.

Qeyd edək ki, aprelin 28-i Baltimorda baş verən kütləvi iğtişaşlarda soyğunçuluq və polislərə qarşı zorakılıq halları baş verib. Bir neçə böyük ticarət mərkəzi qarət olunub, 15 polis əməkdaşı yaralanıb. Onlardan 6-nın vəziyyəti ağırdır.

Baltimor əhalisi qaradərili Freddi Qreyin polis tərəfindən saxlanılması zamanı həyatını itirməsinə etiraz əlaməti olaraq küçələrə çıxıb. Nümayiş sonradan iğtişaşlar və qarşıdurmalarla nəticələnib.

Şəhərdə fövqəladə vəziyyət və komendant saatı rejimi elan edilib, məktəblərdə məşğələlər dayandırılıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600