ABŞ-nin hərbi itkilərinin sayı açıqlandı - Bu qədər əsgər öldürüldü
ABŞ ordusunun İrana qarşı keçirdiyi əməliyyat zamanı 18 hərbi qulluqçu ağır yaralanıb.
Yenicag.az CNN-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) sözçüsü kapitan Tim Hokins telekanala məlumat verib.
CENTCOM bazar günü üç ABŞ hərbi qulluqçusunun döyüşdə həlak olduğunu, beşinin isə ağır yaralandığını açıqlamışdı. Bu gün həmin rəqəm yenilənərək həlak olan hərbi qulluqçuların sayının dördə çatdığı bildirilib.
Mənbələr CNN-ə təsdiqləyiblər ki, dörd nəfər Küveytdəki eyni hücum nəticəsində həyatını itirib. Ümumilikdə əməliyyatlar gedişatında 18 nəfər ağır yaralı hesab olunur.













