ABŞ-nin Nikolas Maduronu QAÇIRTMASI: Telman Nüsrətoğlu Rusiya və Çinin işinə yarayacağını düşünür
ABŞ-nin Venesuelanın dövlət başçısı Nikolas Maduronu gizli əməliyyatla öz paytaxtında zərərsizləşdirməsi beynəlxalq münasibətlərdə ciddi müzakirələrə səbəb olub.
Yenicag.az xəbər verir ki, politoloq Telman Nüsrətoğlu beynəlxalq hüququn və suverenlik prinsiplərinin pozulmasına diqqət çəkib.
Nüsrətoğlu bildirib ki, belə bir əməliyyat yalnız bir rejimin devrilməsi ilə kifayətlənmir. O bu halın “suverenlik”, “daxili işlərə qarışmama” və “ölkə liderlərinin toxunulmazlığı” kimi mühüm prinsiplərin ləğv edilməsi demək olduğunu vurğulayıb.
Eyni zamanda, siyasi analitik bu cür davranışların yeni dünya nizamının formalaşdığını və beynəlxalq hüququn zəiflədiyini göstərdiyini qeyd edib.
Telman Nüsrətoğlu ABŞ-nin bu əməliyyatının Rusiya, Çin və digər güclər tərəfindən eyni şəkildə istifadə ediləcəyini vurğulayıb. O bu cür davranışların, həmin ölkələrə beynəlxalq hüququn qaydalarını pozaraq öz maraqları üçün daha sərbəst hərəkət etməyə imkan yaratdığını düşünür.
Nüsrətoğlu bu vəziyyətin beynəlxalq münasibətlərdə gərginliyi artıracağını və qlobal stabilliyə zərər verəcəyini bildirib.
Nüsrətoğlu iqtisadi baxımdan da bu məsələlərin vacib olduğunu qeyd edib. O belə əməliyyatların qlobal enerji bazarlarına və maliyyə sistemlərinə böyük təsir göstərə biləcəyini və bunun nəticəsində proqnozlaşdırıla bilməz vəziyyətlər yaranacağını vurğulayıb.












