ABŞ-nin raket PLANI: Vaşinqton “kartlar”ı YENİDƏN PAYLAYIR

media-hightechnic-468x90

“ABŞ artıq Ukraynaya uzaqmənzilli raketlərin verilməsi məsələsində qərara gəlmək üzrədir”.

Bunu Yenicag.az-a açıqlamasında politoloq Samir Hümbətov deyib.

O, prezidentin xüsusi nümayəndəsi Keyt Kelloqun ABŞ Prezidenti Donald Trampın Ukraynanın Rusiyaya qarşı uzaqmənzilli zərbələrinə qarşı deyil sözlərinin pərdəarxası məqamlarını şərh edib.

Politoloq bildirib ki, Trampın Alyaska görüşündən sonra mövqeyində müəyyən dəyişiklik hiss olunur.

“Düzdür, bunu açıq şəkildə büruzə vermək istəmir. Hələ də sülh mesajları verir, danışıqlar yolu ilə sülh müqaviləsinə gəlməyin vacibliyini vurğulayır. Lakin o artıq başa düşür ki, Rusiya-Ukrayna müharibəsində Ukraynanı təkbaşına buraxmaq ABŞ-nin xarici siyasət strategiyasına uyğun deyil. Eyni zamanda Rusiya da danışıqlara gəlməyəcək”.

“Bayden dövründə də Ukraynaya uzaqmənzilli raketlər verilmirdi. Ancaq Keyt Kelloqun verdiyi açıqlama göstərir ki, ABŞ artıq Ukraynaya uzaqmənzilli raketlərin verilməsi məsələsində qərara gəlmək üzrədir. Bu isə o deməkdir ki, bir tərəfdən müharibənin ömrü uzana bilər, digər tərəfdən isə Ukraynanın cəbhədə üstünlüyü artar. Əlavə olaraq bu qərar ABŞ-nin silah satışını artırmaq baxımından da ona strateji üstünlük verə bilər”, – deyə o, fikirlərini tamamlayıb.

Nəsimi Ələsgərli

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 29.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa