ABŞ sanksiyaları İraqla İranı üz-üzə qoydu – Bank əməliyyatları dayandırıldı – Yenicag.Az

Reklam

Reklam

İraq hökuməti ABŞ-ın rəsmi Tehrana qarşı sanksiya tətbiq etməsindən sonra bu ölkənin maliyyə institutları ilə bank köçürmələrini dayandırıb.

Yenicag.az xəbər verir ki, bu barədə İraqın “Al-Mada” elektron nəşri məlumat verib.

Məlumata görə, ABŞ Maliyyə Nazirliyi İraq Mərkəz Bankına məktub göndərərək İraq banklarını aktivləri dondurmaq və “qara siyahı”ya salmaq təhlükəsi ilə təhdid etməklə İranla bankları ilə bütün əməliyyatları dayandırmağa məcbur edib.

İraq baş nazirinin iqtisadi məsələlər üzrə müşaviri Məzhər Məhəmməd bildirib ki, bank sektorundan başqa, antiiran məhdudiyyətləri energetika sahəsinə də şamil edilib:

“İraq hökuməti ABŞ-ın tətbiq etdiyi iqtisadi sanksiyalarla əlaqədar alternativ enerji mənbələri üçün axtarışa başlayıb”.

Müşavir, eyni zamanda vurğulayıb ki, ABŞ sanksiyaları Tehranla Bağdad arasındakı ticari əməliyyatlara mənfi təsir edəcək.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 1996
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."